Layihə haqqında
5 mərtəbəli tədris-tədqiqat binası 4875 m2 ümumi sahəyə malikdir. Bina bir-birinə perpendikulyar yerləşən iki blokdan ibarətdir. Bloklardan biri yuxarıya doğru azalan mərtəbəli olmaqla pilləli həll olunmuşdur. Binanın funksional həllində tədris otaqları, auditoriyalar, tədqiqat və laboratoriya otaqları üstünlük təşkil edir. Binanın mühüm cəhətlərindən biri burada tələbə və tədqiqatçıların zehni istirahəti üçün nəzərdə tutulmuş məkandır. Bu məkan göründüyü kimi pilləli mərtəbəli blokun terrasalarında planlaşdırılmışdır.