Layihə haqqında
9640 m2 sahədə planlaşdırılan yaşayış kompleksi Bakı şəhərinin əhəmiyyətli bir ərazisidir. Kompleks 12 mərtəbəli nəzərdə tutulmuşdur. İki alt mərtəbə qeyri-yaşayış sahələri üçün planlaşdırılmışdır. Üst mərtəbələrdə yaşayış mənzilləri yerləşdirilmişdir. Təklif olunan mənzillərin hamısında geniş sahəli eyvanlar nəzərdə tutulmuş və onlarda müxtəlif tipli yaşıllaşdırma elementlərindən istifadə edilmişdir. Kompleksin memarlıq həlli neomodernizm üslubunda layihələndirilmişdir.