EN   AZ   RU

İctimai Bina

Layihə haqqında

Dördmərtəbəli ictimai bina Azərbaycanın bölgələrindən birinin ərazisi üçün layihələndirilmişdir. Ərazi yüksək seysmik zonada yerləşdiyindən bina azmərtəbəli (4 mərtəbə) nəzərdə tutulmuşdur. Ərazi sahə baxımdan məhdud və mürəkkəb relyefə malik olduğundan binanın forması və plan həlli həmin şərtlərə uyğun yerinə yetirilmişdir. Ümumi sahəsi 2740 m2 olan binada xidməti otaqlar, işgüzar görüşlər üçün otaqlar, konfrans zalı, sərgilər üçün ekspozisiya zalı nəzərdə tutulmuşdur.