EN   AZ   RU

“Bilgəh” sağlamlıq mərkəzi Hovuz kompleksi layihəsi

Layihə haqqında

“Bakı Metropoliteni” QSC-yə məxsus “Bilgəh” sağlamlıq mərkəzi Bilgəh qəsəbəsində, sahilə yaxın bir ərazidə yerləşir. Həmin ərazidə “Arxstudiya XM” kollektivi tərəfindən layihələndirilmiş yeni hovuz kompleksi müasir norma və texnologiyalar əsasında tərtib olunmuşdur. Hovuz kompleksi qapalı və üstüaçıq hovuzlardan ibarətdir. Böyüklər və uşaqlar üçün fərqli hovuzlar nəzərdə tutulmuşdur. Binanın hovuz hissəsi şüşəli, yardımçı və başqa xidmət otaqları isə məhdud görüntülü hissədə yerləşdirilmişdir. Fərqli fasad materialları ilə bölünmüş binanın dam örtüyü dalğalı və dinamik görüntüsü ilə yadda qalır.