Layihə haqqında
“Club-house” yaşayış kompleksi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti ilə Azər Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə planlaşdırılmışdır. Kompleksin layihəsi seksiya tipli 6 blokdan ibarətdir. Blokların mərtəbələri müxtəlifdir. Həyətdə optimal genişlik və mühit əldə etmək məqsədilə binalar ərazinin küçəyə baxan perimetri boyu yerləşdirilmişdir. İki yeraltı avtodayanacaq mərtəbəsi nəzərdə tutulmuşdur. Birinci yerüstü mərtəbədə qeyri-yaşayış sahələri planlaşdırılmışdır.
Yaşayış mərtəbələri 2-ci mərtəbədən başlayaraq 7-11 mərtəbə arasında dəyişir. Mənzillərdə terras, balkon və digər açıq sahələr nəzərdə tutulmuşdur. Yaşayış kompleksinin həyətində sakinlərin istirahəti üçün optimal şərait yaradılmışdır. Ərazidə istirahət və sağlamlıq mərkəzi, qapalı hovuz nəzərdə tutulmuşdur. Layihənin memarlıq-fasad həlli renesans üslubunda tərtib olunmuşdur. Yaşayış kompleksi üçün ayrılmış ərazinin sahəsi 10920 m2, ümumi sahəsi 62300 m2-dir.