Layihə haqqında
Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşir. 7 ha ərazidə layihələndirilmiş yeni yaşayış kompleksi 24 blokdan ibarətdir. Yaşayış kompleksinin ilk memarlıq konsepsiyası italyan memarı Mario Palmonella tərəfindən hazırlanmışdır. Sonradan “Arxstudiya XM” kollektivi sifarişçinin təklifinə əsasən, layihənin yerli norma və standartlara uyğunluğunu araşdırmış və müəyyən əlavələr etmişdir. Ümumi sahəsi 520 000 m2 olmaqla iki yeraltı və 22 yerüstü mərtəbə nəzərdə tutulmuşdur. Kompleksin kompozisiya quruluşu əyrixətli həll olunmuş blokların
birləşməsindən ibarətdir. Binaların fasad həllində balkonların üfüqi konstruktiv xətləri əsas element kimi qəbul edilmişdir. Fasadlarının rəng həllində tünd və cəlbedici rənglərdən istifadə olunmuşdur. Yaşayış kompleksinin tərkibində 3 mərtəbəli ticarət və əyləncə mərkəzi də nəzərdə tutulmuşdur. Yeraltı mərtəbələrdə avtodayanacaq və hovuzlarla birlikdə sağlamlıq mərkəzi layihələndirilmişdir. Həyət ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq, əsasən, yaşıllıq və rekreasiya sahələri üstünlük təşkil edir.