Layihə haqqında
Sahəsi 440 m2 olan fərdi yaşayış evi dağətəyi və meşəlik ərazi üçün planlaşdırılmışdır. Evin plan quruluşu müxtəlif səviyyəli olmaqla üç mərtəbədən ibarətdir. Evin forması tam olaraq təbiətlə təmas prinsipi üzərində qurulmuşdur. Pəncərə əvəzinə iri şüşə divarlar evin hər tərəfində istifadə olunmuşdur. Maili divarlarda istifadə olunmuş şüşə lövhələri, evin daxilindən həm səmaya, həm də həyətin ən yaxın sahələrinə baxış üçün imkan yaradır. Şüşə divarların mühüm bir cəhəti də onlarda yaranan güzgü effektidir. Belə ki, evi əhatə edən təbiət mənzərəsi şüşə səthlərdə əks olunaraq evin divarlarını genişləndirir və onları mənzərənin davamı kimi göstərir. Ümumiyyətlə, bu ev qeyri-adi memarlıq həlli diqqəti cəlb edir.