Layihə haqqında
Bakı şəhərinin Yasamal rayonu ərazisində tikintisi nəzərdə tutulmuş yaşayış kompleksi 9 və 10 mərtəbəli binalardan ibarətdir. İki alt mərtəbəsi qeyri-yaşayış təyinatlı olub, burada ticarət, iaşə və ofis obyektlərinin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Yaşayış mərtəbələri iri eyvanlara malikdir və pilləvarı layihələndirilmişdir.