Layihə haqqında
Pirallahı adası ərazisində tikintisi nəzərdə tutulan ofis binasının ümumi sahəsi 2830 m2-dir. Ofis binası 3-5 mərtəbəli müxtəlif həcmlərdən ibarətdir. Binanın layihə həllində yüksək texnoloji kommunikasiya sistemlərinin tətbiqi nəzərdə tutulmuşdur. Binanın memarlıq həllində isə keçmiş kubizm üslubunun elementləri aydın hiss olunmaqdadır.