Layihə haqqında
Planlaşdırılan ərazi H.Əliyev prospekti ilə Z.Məmmədov küçəsinin kəsişməsində yerləşir və keçmiş sənaye zonasıdır. Ərazinin sahəsi 16.6 ha-dır. Layihələndirilən sahə iki funksional zonaya bölünmüşdür. Prospektə yaxın və paralel sahədə ticarət və əyləncə mərkəzi, arxa sahədə isə yaşayış kompleksi yerləşir. Ticarət və əyləncə kompleksi iki ayrı və simmetrik layihələndirilmiş binadan ibarətdir. Binaların ölçüləri 120x120x18 m-dir. Ticarət və əyləncə kompleksinin altında birmərtəbəli 1200 avtomobil yerlik dayanacaq nəzərdə tutulmuşdur. Yerüstü ərazidə isə 350 avtomobil yerlik açıq dayanacaq planlaşdırılmışdır. Yaşayış kompleksi ərazinin cənub hissəsində yerləşərək 18 mərtəbəli 6 binadan ibarətdir. 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi planlaşdırılmışdır. Binaların yeraltı hissəsində və həyət ərazisi altında sakinlər üçün 900 avtomobil yerlik dayanacaq nəzərdə tutulmuşdur. Ərazidə istirahət üçün geniş park sahəsi, açıq idman sahəsi, uşaq meydançaları və avtomobil dayanacaqları nəzərdə tutulmuşdur.