Layihə haqqında
24 mərtəbəli yaşayış binası 0.496 ha ərazidə yerləşir. Bina iki blokdan ibarətdir. Birinci mərtəbədə qeyri-yaşayış sahələri planlaşdırılmışdır. Ərazidə yeraltı mərtəbəli parkinq nəzərdə tutulmuşdur. Ərazinin cənub hissəsində yerüstü açıq avtodayanacaq meydançası yerləşdirilmişdir. Həyətin sahəsini artırmaq məqsədilə avtodayanacağın üzərində +5.000 səviyyəsində terrasa-həyət layihələndirilmişdir. Həyətdə istirahət və idman zonaları, uşaqlar üçün oyun meydançaları, müxtəlif yaşıllıq və abadlıq elementləri nəzərdə tutulmuşdur. Balkon səthlərinin burulmuş müstəvi formasında həlli binanın fasadına xüsusi görkəm verir. Fasadın maraqlı rəng həlli binanın massiv həcmini yüngülləşdirir, onu yaddaqalan edir.