EN   AZ   RU

Yaşayış binaları

Yaşayış binaları

Yaşayış binalarının layihələndirilməsi Memarlığın ən mühüm və geniş hissəsidir. Həyatımızın sağlam və rahat olması yaşadığımız evlərin, mənzillərin düzgün layihələndirilməsi ilə çox bağlıdır. Bu baxımdan “Arxstudiya”da layihələndirdiyimiz yaşayış evlərinin  funksional baxımdan düzgün zonalaşdırılmasına xüsusi diqqətlə yanaşırıq. Eyni zamanda üslub, iqlim və ənənəvi tələblərə, optimal konstruktiv qərarlara üstünlük veririk. Sifarişçinin ailə, peşə və həyat tərzini mühüm amil kimi  layihə prosesində nəzərə alırıq.