EN   AZ   RU

Fərdi yaşayış evləri və Kotteclər

Fərdi yaşayış evləri və Kotteclər

Fərdi yaşayış evləri, kotteclər memarlıqda  hər zaman aktual olan bir istiqamətdir. İnsanların ən çox müraciət etdiyi və bir çox memarların yaradıcılıq fəaliyyətinin əsasını təşkil edən mövzudur. İlk baxışdan kiçik həcmli və sadə görünən bu tip yaşayış binaları, planlaşma – məkan həllinə görə çox zaman memardan böyük psixoloji təcrübə və fərdi yanaşma tələb edir. Bütövlükdə ailənin və onun ayrı-ayrı fərdlərinin müxtəlif tələblərinin tam ödənilməsi heç də həmişə tez və asan başa gəlmir. Bu sahədə kollektivimizdə çalışan mütəxəssislər böyük təcrübəyə və yaradıcılıq potensialına malıkdirlər. Bizə müraciət edən hər bir sifarişçi bunun şahidi ola bilər.