Layihə haqqında
Bakı şəhərinin Nizami rayonu ərazisində 2 ha ərazidə tikintisi nəzərdə tutulmuş yaşayış kompleksi 12 mərtəbəlidir. Binanın yan bloklarının tip mərtəbəsi üzərində üçmərtəbəli “penthouse” nəzərdə tutulmuşdur. İki alt mərtəbələr isə qeyriyaşayış funksiyası daşıyır. Fasad boyu uzanan balkonlar mərtəbələrdə bir-birini təkrarlamır. Müxtəlif əyri formalarda önə çıxaraq maraqlı işıq-kölgə effekti yaradır. Bu yaşayış binası dekonstuktivizm üslubuna xas cəhətlərlə zəngindir.