Layihə haqqında
Ümumi sahəsi 26450 m2 olan yaşayış kompleksi iki küçənin kəsişməsində yerləşir. 2 blokdan ibarət olan kompleksin əsas fasadları küçəyə tərəf istiqamətlənmişdir. Birinci mərtəbə qeyri-yaşayış kimi planlaşdırılmışdır. 2-6 mərtəbələri eynitipli yaşayış mərtəbəli və sonuncu 2 mərtəbə isə “penthaus” kimi layihələndirilmişdir. Ərazi boyu iki yeraltı mərtəbədə avtodayanacaq və texniki qurğular yerləşdirilmişdir. Kompleksin memarlıq-fasad həllində neoqotika üslubunun elementlərindən istifadə edilmişdir.