Layihə haqqında
Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzi binasının Sumqayıt şəhərinin Sülh küçəsində yerləşdirilməsi nəzərdə tutulmuşdur. Binanın memarlıq konsepsiyası sifarişçinin arzusuna əsasən Valeriy Məmmədov ilə birlikdə hazırlanmışdır. Bir yeraltı və üç yerüstü mərtəbədən ibarət olan bina funksional baxımdan texnoloji və ofis zonalarına bölünmüşdür. Fasad şüşə və üzlük keramika materiallarından istifadə olunmaqla həll olunmuşdur. Bank binaları üçün tələb olunan xarici və daxili təhlükəsizlik tədbirləri layihədə tam nəzərə alınsa da, bunlar binanın xarici görünüş həllini ağırlaşdırmamışdır. Əksinə, binanın eksteryeri sadə və ciddi fasad həlli ilə diqqəti cəlb edir.