EN   AZ   RU

İnzibati Bina

Layihə haqqında

Bakı şəhərinin mərkəzi və tarixi hissəsində layihələndirilmiş inzibati bina maili relyefli dar ərazidə yerləşir. Bina 5 mərtəbəli olub, dam mərtəbəsində terrasa və kafe nəzərdə tutulmuşdur. Birinci mərtəbədə sərgi zalı, kitabxana, xidmət otaqları yerləşdirilmişdir. Üst mərtəbələrdə isə ofis otaqları, konfrans zalı, işgüzar danışıq otaqları planlaşdırılmışdır. Bina onu əhatə edən qədim memarlıq mühitinə müasir və cəsarətli həlli ilə ustalıqla uyğunlaşdırılmışdır.